14.11.2017

“Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlərlə görüş keçirildi

İsmayıllı rayon İcra Hakimiyyətinin təşəbbüsü və Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur aksiyasında iştirak edəcək şagirdlərlə görüş keşirildi. Görüşdə İsmayıllı rayon İcra hakimiyyətinin başçısı Mirdamət Sadıqov, hüquq mühafizə orqanlarının, idarə müssisələrin rəhbərləri, tur aksiyada iştirak edəcək şagirdlər və onların valideyinlər, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Mirdamət Sadıqov artıq dörd ildir keçirilən aksiyanın əhəmiyyətindən ətraflı bəhs etdi. Yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə təşəkkürlərini bildirdi. Ölkəmizdə aparılan islahatlardan bəhs edərək, ölkəmizin son illərdə regionun ən güclü iqtisadi və hərbi potensiala malik olduğunu qeyd etdi. Aksiyada iştirak edəcək şagirdlərə uğurlu yol arzulayaraq aksiyanın xeyirlərə vəsilə olmasını bildirdi.

İsmayıllı rayon Təhsil Şöbəsinin müdiri Rasim Oruco çıxış edərək aksiyanın keçirilməsinin şagirdlərin dünyagörüşünün, bacarıq və vərdişlərinin formalaşdırılmasındakı əhəmiyyətini vurğuladı. Bu cür aksiyaların şagird şəxsiyyətinin inkişaf etdirilməsindəki əvəzolunmaz payını xüsusi qeyd etdi. Bu cür tur aksiyaların təşkil edilməsinə görə ölkə başçısına minnətdarlığını bildirdi.

Tur aksiyada iştirak edən şagirdlərin valideyinləri adından çıxış edən Pərvnə Piriyeva da aksiyanın əhəmiyyətini vurğulayaraq yaradılan şəraitə görə cənab Prezident İlham Əliyeva və birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıq etdi.

Tur aksiyada iştirak edən şagirdlər adından çıxış edən şəhər 5 saylı tam orta məktəbin şagirdi Arifə Vəliyeva aksiyada iştirak etdiyindən dolayı məmnunluq hiss etdiyini bildirdi. Aksiya zamanı ölkəmizin dilbər guşələrini səyahət edəcəklərini, bölgələrimizlə praktik olaraq tanış olacaqlarını bildirdi. Bu cür aksiyaların işğal altında olan vətən torpaqlarımıza təşkil edilməsini arzulayaraq aksiya iştirakçılarına aktiv olmağa dəvət etdi.

Çıxış edən digər natiqlər həmçinin aksiya iştirakçılarına uğurlar arzulayaraq bu cür tədbirlərin əhəmiyyətini       qeyd etdilər.


Açar sözlər: ,  ,