27.10.2017

Təhsil Şöbəsinin növbəti şura iclası keçirilmişdir

Oktyabrın 26-ı İsmayıllı rayon Təhsil Şöbəsinin tədbirlər planına  və 2017-2018-ci tədris ilinin “Təhsildə keyfiyyət ili “ elan edilməsindən irəli  gələn tələblərə  uyğun olaraq Təhsil Şöbəsinin növbəti şura iclası keçirilmişdir.

İclasda ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrin direktorları, Təhsil Şöbəsinin əməkdaşları iştirak edirdi. Şuranın iclasında bir məsələ müzakirə edildi və cari məslələr, problemlər və qarşıda duran vəzifələrdən bəhs edildi.

Şura iclasınıda müzakirə olunan “Rayonun ümumtəhsil müəssisələrində  yeni tədris ilinə  hazırlığın vəziyyəti haqqında”  məsələsi aparıcı məsləhətçi Vüsal Həmidov tərəfindən araşdırılaraq hazırlanmışdır. Araşdırmada  ümumtəhsil məktəblərində görülmüş işlərdən bəhs edilmiş, cari və əsaslı təmir edilmiş məktəblər qeyd edilmişdir. Eyni zamanda mövcud olan problemlər və onların həlli yolları müzakirə edilmişdir. Bir sıra cari məslələrə toxunan Təhsil Şöbəsinin müdiri Rasim Orucov məktəb direktorlarına tapşırıq və tövsiyyələrini vermişdir.