30.10.2017

"Məktəbli valideyin" layihəsi uğurla icra edilir.

Oktyabrın 30-u İsmayıllı rayon  Topçu kənd tam orta məktəbində Təhsil Nazirliyinin 1-ci Qrant müsabiqəsinin qalibi olmuş  "Məktəbli valideyin" layihəsi çərçivəsində Qarabağ müharibəsi veteranları, şəhid ailələri ilə görüş təşkil edildi. Görüşdə İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əməkdar müəllim Şəfaqət Rəsulov, metodist, biinici Qarabağ müharbəsinin iştirakçısı, ehtiyatda olan baş leytenant İlham Vahabov, metodist Rəşid Məmmədov, Qarabağ müharibəsi veteranı Qurban Hüseyinov, şəhid ailələrinin üzvləri iştirak edirdilər. 

Tədbir məktəbin qarşısındakı Şəhidlər abidəsinə gülqoyma mərasimi ilə başladı. 
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Xavər Allahverdiyeva layihənin vacibliyi haqqında ətraflı məlumat verdi. Xüsusən Qarabağ veteranları ilə görüşün şagird şəxsiyyətinin formalaşdırılmasındakı əhəmiyyətini qeyd etdi.

Məktəbin tarix müəllimi Qarabağ müharibəisinin başlanma səbələrinin tarixin dərinliklərindən gəldiyini qeyd etdi. Tarixi torpaqlarımıza iddialı olan erməni vandallarının Azərbaycan xalqının başına gətridikləri müsibətlərdən və soyqırımlardan bəhs etdi.

Birinici Qarabağ müharbəsinin iştirakçısı, ehtiyatda olan baş leytenant İlham Vahabov Qarabağ müharibəsi iştiakçısı kimi çıxış etməkdən məmnunluq hissi keçirdiyini qeyd etdi. Bu cür tədbirlərin müharibə veteranlarına və şəhid ailələrinə verilən dəyərin olduğunu bildirdi. Azərbaycan ordusunun 90-cı illərlə müqayisədə hədsiz dərəcədə gücləndiyini, dünyanın aparıcı dövlətlərinin orduları ilə müqayisəə ediəcəyini vurğuladı. 2016-cı ilin aprel hadisələri bunun sübutu olduğunu diqqətə çatdırdı.

Qarabağ müharibəsi veteranı, Topçu kənd sakini Quban Hüseyinov çıxış edərək döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.

Əməkdar müəllim Şəfaqət Rəsulov çıxış edərək bu cür tədbirlərin əhəmiyyətindən bəhs etdi. Qrant layihələrin şagird şəxsiyyətinin formalaşdırılmasına, vətənpərvərlik hisslərinin aşılanmasına yönəldiyini bildirdi. Aparılan təhsil, hərbi, iqtisadi və s. islahatlarının nəticəsi olarq ölkəmizin regionun ən güclü dövlətə çevrildiyini vurğuladı.

Şagirdlərin ifasında vətənpərvərlik ruhunda hazırlanmış şer və kompozisiyalar dinlənidi. 

Sonda məktəblilər vətən uğrunda canını fəda etmiş şəhidlər Elşad Məmmədov, Valeh Səlimov və Nurlan Rəhimovun məzarlarını ziyarət etmiş, gül-çiçək dəstələri qoymuşlar. 


Açar sözlər: ,  ,