21.10.2017

“Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” layihəsinin təqdimat mərasimi keçirilib

İsmayıllı rayon İ.Həsənov adına 1 saylı məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 1-ci Qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Şagirdlərin imtahanöncəsi psixoloji gərginliyinin azaldılmasına dəstək” adlı layihənin təqdimat mərasimi keçirildi.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Rövşən Ağayev, İcra Hakimiyyətininin aparıcı məsləhətçi Gülər Baxışova, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov, təhsil eksperti Ramil Süleymanov, 1 saylı tam orta məktəbin direktoru Gündüz Qədirov, şəhər 7 saylı tam orta məktəbin direktoru Etibar Abdulov, Bakı Beynəlxalq Multikultralizm Mərkəzinin İsmayıllı filialının direktoru Sevinc Novruzova,  kənd məktəblərinin müəllimləri, İsmayıllı rayon Uşaq və Ailələrə Dəstək Mərkəzinin psixoloqları iştirak edirdilər.
            Layihənin rəhbəri Pərvanə Piriyeva layihə haqqında ətraflı məlumat verdi. Layihədə qarşıya qoyulan məsələnin təhsilin  inkişafı üçün aktual
olduğunu əsaslandırdı. Bu cür layihələrin şagird nailiyyətinin artırılacağıan diqqət çəkərək layihənin təşkilatçılarına minnətdarlığını bildirdi.

Çıxış edən qonaqlar,  eləcə də tədbirə canlı yayımla bağlanan layihənin könüllü psixo-pedaqoqu Rusiya Federasiyası Moskva şəhər Psixoloqlar Qildiyasının həqiqi üzvü Gültəkin Mürsəliyeva  son dövrlər cəmiyyətdə ən mühim problemlərdən birinin psixoloji problemlər olduğunu, təlim-tədris prosesində müəllim və psixoloqların şagird psixologiyasının formalaşdırlmasındakı əhəmiyyətindən ətraflı bəhs etdilər. Tədbir iştirakçıları layihənin növbəti tədbirlərinin keçirilməsi barədə təkliflər və rəylərini bildirdilər.


Açar sözlər: ,