24.10.2017

"6-cı sinif Fizika dərslərinin videotəcrübələrlə dəstəklənməsinin kontent və proqram təminatı” layihəsinin təqdimatı keçirildi

        Azərbaycan Respublikası Təhsil Nazirliyinin Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsinin qalibi olmuş Lahıc qəsəbə tam orta məktəbinin fizika-informatika müəllimi, Əməkdar müəllim Əliyev Rövşən Mirzə oğlunun “6-cı sinif Fizika dərslərinin videotəcrübələrlə dəstəklənməsinin kontent və proqram təminatı” layihəsinin təqdimatı keçirildi.

        Təqdimatda ətraf məktəblərin müəllimləri də iştirak edirdilər. Layihənin rəhbəri  təqdimat zamanı layihənin əsas məqsədi, vəzifələri və layihə çərçivəsində görüləcək işlər haqqında ətraflı məlumat verdi. Layihəni yüksək qiymətləndirən Rövşən müəllim şagird nailliyyətini artırılmasında əhəmiyyətini qeyd etdi. Sonda tədbir iştirakçıların təklif və rəyləri dinlənildi.


Açar sözlər: ,