23.10.2017

“Öyrədənik, bir addım öndəyik” layihəsinin təqdimatı olub

Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Təhsildə inkisaf və innovasiyalar uzrə 1-ci qrant musabiqəsinin pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqaməti üzrə qalibi olmuş “Öyrədənik, bir addım öndəyik” layihəsinin təqdimatı olub.

Layihənin məqsədi İsmayıllı kənd məktəblərində çalışan müəlllimlərin İKT bcarıqlarının artırlmasını,yerli və beynəlxalaq layihələrdə işləmək bacarıqlarının aşılanmasını təmin etməkdir

Layihənin rəhbəri olan İsmayıllı şəhər 1 saylı tam orta məktəbin musiqi müəllimi Surə Mehdiyeva öz layihəsinin təqdimatını çalışdığı məktəbdə reallaşdırıb. Tədbirdə məktəbin direktoru Gündüz Qədirov, İsmayıllı rayon İcra hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayev, İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülər Baxışova, təhsil eksperti Ramil Süleymanov, Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov və rayonun müxtəlif məktəblərindən olan müəllimlər iştirak ediblər. Təqdimatda maraqlı müzakirələr aparılıb, iştirakçıların təklif və rəyləri səsləndirilib.

Layihə çərçivəsində oktyabr ayının 25-də İsmayıllı rayon Topçu kənd tam orta məktəbində və həmin ayın 28-də Cülyan kənd tam orta məktəbində təlimlər keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, Təhsildə inkişaf və innovasiyalar üzrə birinci qrant müsabiqəsi dövlət ümumi təhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün elan edilmişdi. Müsabiqə çərçivəsində ümumi təhsil müəssisələri kateqoriyası üzrə təklif olunmuş 78 layihədən 37-si, fərdi kateqoriya üzrə isə 213 layihədən 83-ü olmaqla ümumilikdə 120 layihə qalib elan edilib.

 


Açar sözlər: ,