18.10.2017

1-ci qrant layihəsinin icrasına başlanıldı

Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş Təhsildə inkişaf və innovasiyalar üzrə 1-ci qrant müsabiqəsinin qalibi olmuş İsmayıllı rayon Topçu kənd tam orta məktəbinin ibtidai sinif müəllimi  Gülər Babayeva müsabiqənin şərtlərinə uyğun olaraq qalibi olduğu “Məktəbli valideyin” layihəsinin icrasına başlamışdır.

 17 oktyabrda layihənin ilk təqdimat mərasimi Topçu kənd tam orta məktəbində təşkil edilmişdir. Tədbirdə İsmayıllı rayon Təhsil Şöbəsinin metodisti Güllübəyim Cərullayeva, ətraf kəndlərin məktəb direktorları, ibtidai sinif müəllimləri, valideyinlər iştirak edirdilər.

Layihə haqqında ətraflı məlumat verən Gülər Babayeva layihənin icra müddətində bir sıra tədbirlərin həyata keçirilməsinin nəzərdə tutulduğunu bildirdi. Layihənin məqsədinin şagird-məktəb, şagird-valideyin, valideyin-məktəb münasibətlərinin möhkəmlndirilməsi olduğunu vurğuladı.

Təhsil Şöbəsinin metodisti Güllübəyim Cərullayeva layihənin qazanılması münasibəti ilə Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları adından Gülər Babayevanı və Topçu kənd tam orta məktəbinin kollektivini təbrik etdi. Layihənin qazanılmasının İsmayıllı təhsilinə mühüm bir töhfə olduğunu qeyd etdi. Layihəyə uğurlar arzu edərək təkliflərini bildirdi.

Məktəbin direktoru Xavər Allahverdiyeva çıxış edərək layihəyə işində uğurlar arzulayaraq, bu cür layihələrin əhəmiyyətindən ətraflı bəhs etdi. Şagird nailiyyətlərinin artırılmasında validein-məktəb əməkdaşlığının önəminə diqqət çəkdi. Valideyinlərin məktəblə daha sıx əlaqə qurmalarına bir daha çağırış etdi.

Çıxış edən digər müəllim və valideyinlər də layihəyənin təqdimatından razılıqlarını bildirərək bu cür layihələrin tez-tez təşkil edilməsini arzuladıqlarını qeyd etdilər. Məktəblə daha sıx əlaqə quracaqlarını qeyd edən valideyinlər yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə öz təşəkkürlərini çatdırdılar.


Açar sözlər: ,  ,