12.10.2017

Tarix müəlliminin kitabı nəşr edilib

İsmayıllı rayon şəhər 7 saylı tam orta məktəbin tarix müəllimi Qumru Abdullayevanın "Rusca - Azərbaycanca tarix terminləri toplusu"  kitabı nəşr edilmişdir.
Kitabın Ön söz hissəsində müəllifin əsas qeydləri, izahları, öz əksini tapmışdır.

Kitabda tarix fənni və onun qolları olan Numizmatika, Heraldika, Din Tarixi, Etimologiya, Etnoqrafiya, Tarixi Coğrafiya, Dünya Tarixi və s. ayrı-ayrı və əlaqəli fənlər toplu halına salınmış, pərakəndə məlumatlar bir araya gətirilmişdir.

İsmayıllı şəhər 1 saylı tam orta məktəbində AzETA İsmayıllının üzvü Ruhiyyə Mahmudovanın təşkilatçılğı ilə kitabın AzETA İsmayıllı üzvləri üçün təqdimat mərasimi keçirilmişdir. Təqdimat mərasimində İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Əməkdar müəllim Şəfaqət Rəsulov da iştirak etmişdir. Mərasim iştirakçıları kitabın çap edilməsi münasibəti ilə müəllifə ən xoş arzilarını çatdırmışlar.

Müəllif xoş sözlərə görə təşəkkür edərək kitabın ərsəyə gəlməsində zəhmət çəkmiş hər kəsə minnətdarlığını bildirmişdir.

Kitab ali və orta məktəb müəllimləri həmçinin elmi tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.


Açar sözlər: