09.10.2017

İsmayıllı müəllimləri 11-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgsində

    Oktyabrın 6-da  Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə 11-ci Azərbaycan Beynəlxalq Təhsil (“Education 2017”) sərgisinin açılış mərasimi keçirilib.

    Açılış mərasimində təhsil naziri Mikayıl Cabbarov, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri və müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri iştirak edib.

    İsmayıllı rayon ümumtəhsil məktəblərindən bir qrup müəllim Təhsil Sərgisində olmuşlar. Müəllimlər “SABAH qrupları”, “Azərbaycan üçün öyrət”, “Bir” Tələbə-Könüllü Proqramı”, “Maarifçi” Tələbə Kredit Fondu”“Sağlam təhsil  ̶  sağlam millət”“Məktəblinin dostu”, “Modul tipli məktəblər”, “Olimpiadalara hazırlıq mərkəzi”, “Təhsildə informasiya və kommunikasiya texnologiyaları”, “Məktəbəhazırlıq”, “Kitabxana”, “Təhsil” Respublika İdman Mərkəzi”, “İçərişəhər ənənəvi incəsənət mərkəzi”, “Peşə Təhsili üzrə Dövlət Agentliyi” və “Uşaq-Gənclər İnkişaf Mərkəzi” stendlərinə baxış keçirmişlər.

    Sərginin əhəmiyyətini və vacibliyini qeyd edən müəllimlər xoş təəssürütlarını bildirdilər.