05.10.2017

Beynəlxalq Müəllimlər günü İsmayıllıda qeyd edildi

İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 05 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirilmişdir.

Tədbirdə İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısı Mirdamət Sadıqov, 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini n rəisi Elxan Cavadov, idarə və müəssisə, hüquq-mühafizə orqanlarının rəhbərləri, ümumtəhsil məktəblərinin direktorları, müəllimlər və təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan icra hakimiyyətinin başçısı Miradəm Sadıqov 05 oktyabr Beynəlxalq Müəllimlər Günü münasibəti ilə təhsil ictimaiyyətini təbrik edərək, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu təhsil islahatlarından bəhs etdi.

Çıxışının sonunda rayon İcra Hakimiyyətinin başçısı bir qrup müəllimə təhsilin inkişafındakı xidmətlərinə görə İcra Hakimiyyəti başçısının Fəxri fərman və hədiyyələrini təqdim etdi.

3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzini rəisi Elxan Cavadov çıxış edərək müəllimlər günü münasibəti ilə müəllimləri və təhsil ictimaiyyətini təbrik etdi, yeni tədris ilində uğurlar arzuladı.

Çıxış edən digər natiqlər müəllim günü münasibəti ilə təbriklərini çatdıraraq müəllimlik peşəsinin əhəmiyyətindən bəhs etdilər.

Sonda beynəlxalq, respublika səviyyəli yarış ,müsabiqələrin qalibi və iştirakçısı olmuş bir qrup müəllimə rayon Təhsil Şöbəsinin Fəxri fərmanları və hədiyyələri təqdim edildi.

Rəsmi hissə bitdikdən sonra musiqi nömrələri ifa edildi, uşaq baxçasının körpə fidanlarının nümayiş etirdiyi nömrələrə  tamaşa edildi.


Açar sözlər: ,