04.10.2017

İsmayıllının iki müəllimini Prezident mükafatlandırdı

Azərbaycan Respublikası Prezidentinin təhsil işçilərinə fəxri adlar verilməsi haqqında 03 oktyabr 2017-ci il tarixli sərəncamına uyğun olaraq bir sıra təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilmişdir. İsmayıllı rayon şəhər 5 saylı tam orta məktəbin riyaziyyat müəllimi Ağayeva Dürdanə Şamil qızı “Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamı ilə bir sıra təhsil işçisi “Tərəqqi” medalı ilə təltif edilmişdir. İsmayıllı rayon şəhər 1 saylı tam orta məktəbin ingilis dili müəllimi Mahmudova Ruhiyyə Qüdrət qızı “Tərəqqi” medalı ilə təltif edilmişdir. 

 


Açar sözlər: ,