02.10.2017

Məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

    Oktyabrın 2-də dövlət ümumi təhsil müəssisələrində yaradılmış məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb..

    Məktəbəhazırlıq qrupları ölkənin bütün şəhər və rayonlarında, müvafiq maddi-texniki bazası və kadr potensialı olan məktəblərdə təşkil edilib. Məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunub və təhsil dövlət hesabına həyata keçirilir. Həftədə 4 gün, gün ərzində 3 məşğələ tədris olunacaq qruplarda bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə isə 10 dəqiqə müəyyənləşdirilib.

    İsmayıllı rayon Təhsil Şöbəsinin tabeliyində olan 38 ümumtəhsil məktəbində 905 nəfər şagird bu il məktəbəhazırlıq qruplarında təhsil alacaqlar.

    İsmayıllı rayon təhsil Şöbəsinin tabeliyində olan ümumtəhsil müəssisələrində fəaliyyət göstərəcək məktəbəhazırlıq qrupları barədə məlumatla http://edu.gov.az/az/page/520/14068 linkindən tanış ola bilərsiz.