30.09.2017

Aprel şəhidi məktəbdə anıldı

    İsmayıllı rayon Tircan kənd tam orta məktəbində 2016-cı ilin aprel döyüşləri zamanı qəhrəmancanısa döyüşərək şəhid olmuş Mikayıl Vahabzadənin xatirəsinə həsr edilmiş tədbir keçirilmişdir.

    Tədbirdə şəhidin yaxınları, kənd sakinləri, müəllimlər və şagirdlər iştirak edirdilər. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru İlqar Gərayev şəhidin həyat yolundan bəhs etdi. Mikayılın nizamlı, savadlı və vətənpərvər bir gənc olduğunu qeyd etdi.

    Çıxış edən digər müəllimlər də şəhidin məktəb həyatından ətraflı bəhs etdilər.

    Şagirdlərin ifasında sələndirilən kompozisiyalar tədbir iştirakçəları tərəfindən maraqla qarşılandı.


Açar sözlər: ,