26.09.2017

İsmayıllı məktəblisi dünya çempionatının qalibi oldu

        İsmayıllı şəhər 3 saylı məktəb-liseyin şagirdi  Məmmədov Tahir Şirzad oğlu 21-25 sentyabr tarixlərində Gürcüstan Respublikasının paytaxtı Tibilisi şəhərində Dünya “Budo Martial Arts” Federasiyasının təşkil etdiyi  əlbəyaxa döyüş növü üzrə (Free Contakt (MMA) ) yeniyetmələrin dünya çempionatında 60 kq (16 yaş) çəki dərəcəsindəfinal mərhələsində qalib gələrək  I yer qazanmış və Qızıl medala layiq görülmüşdür.

        Çempionatda 25 ölkənin idmançısı güclərini sınamışlar.


Açar sözlər: ,