25.09.2017

İsmayıllı məktəbliləri "Əlaçı" -nın seçim turunda iştirak ediblər

İsmayıllı rayon ümumtəhsil məktəblərinin şagirdləri Şəki şəhərində “Əlaçı” televiziya layihəsinin seçim turunda iştirak ediblər. Seçim turunda 15 qız, 15 oğlan olmaqla ümumilikdə 30 nəfər XI sinif şagirdi iştirak edib.

Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib.

Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər 5-8 oktyabr tarixində “Əlaçı” televiziya layihəsinin V mövsümünün çəkilişlərində iştirak edəcək.

 


Açar sözlər: ,