22.09.2017

"Ən yaxşı tarixçi" müsabiqəsinin qalibləri mükafatlandırıldı

        Sentyabrın 21-i İsmayıllı şəhər 3 saylı məktəb-liseydə 2016-2017-ci tədris ilində şagirdlər arasında elan edilmiş “Ən yaxşı tarixçi” müsabiqəsinin qalibləri məktəb rəhbərliyi tərəfindən mükafatlandırılmışdır. Keçirilən müsabiqədə doqquz nəfər şagird qalib adını qazanmış, digər iştirakçılar isə həvəsləndirici yerlərə layiq görülmüşlər.

    Məktəbin direktoru Əhmədağa Ələkbərov müsabiqə qaliblərini təbrik edərək bu cür müsabiqələrin əhəmiyyətini vurğulamış və növbəti tədris ilində bu səpkidə müsabiqələrin keçiriləcəyini bildirmişdir.

        Məktəbin tarix müəllimi Famil Əhmədzadə çıxış edərək tarix fənninin şagirdlərə sevdirilməsi üçün keçirilən müsabiqənin vacibliyini qeyd etdi. Bu cür müsabiqələrin şagirdlərin milli-mənəvi ruhda yetişməsinə, şagird nailiyyətlərinin yüksəldilməsindəki rolundan ətraflı bəhs etdi.

        Sonda qaliblərlə xatirə şəkili çəkildi.


Açar sözlər: ,