21.09.2017

Təhsil Nazriliyinin əməkdaşı İsmayıllı, Şamaxı, Ağsu və Qobustan rayonlarının sakinlərini qəbul edib

        Sentyabrın 20-də Təhsil Nazirliyinin əməkdaşı Səadət Veysova İsmayıllı rayon Təhsil Şöbəsində İsmayıllı, Şamaxı, Ağsu, Qobustan rayonlarının sakinlərini qəbul edib.

       Qəbuldan əvvəl İsmayıllı, Şamaxı, Ağsu, Qobusatan rayonlarının Təhsil Şöbə müdirləri və 3 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi Elxan Cavadovun iştirakı ilə müşavirə keçirilib. Müşavirədə yeni dərs ilinə hazırlıq, qarşıda duran vəzifələr və problemlərdən bəhs edilib. 

        Vətəndaşlar müəllimlərin yerdəyişməsi və işə qəbulu, işə bərpa olunma və digər məsələlərlə əlaqədar müraciət ediblər.

        Qəbulda bir sıra müraciətlərlə bağlı yerli təhsili idarəetmə qurumlarına tapşırıqlar verilib.