26.05.2017

Dəyirmi masa keçirildi

    25 may 2017-ci il tarixində İ.Həsənov adına İsmayıllı şəhər 1 saylı tam orta məktəbdə “Zərərli vərdişlərə yox deyək” adlı dəyirmi masa keçirildi. Dəyirmi masada İsmayıllı rayon İcra Hakimiyyətindən Hüquq Şöbəsinin müdiri Pakizə Abbasova, İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Gülnarə Mirzəliyeva,  İsmayıllı rayon Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Şəfaqət Rəsulov və digər qonaqlar iştirak edirdilər.

    İlk öncə şagirdlərin hazırladıqları narkomaniya, alkoqol, siqaret və komputerdən çox istifadənin yaratdığı fəsadlar haqıında təqdimatlar edildi. Sonra gələn qonaqlar mövzu ətrafında öz fikirlərini bölüşdülər və şagirdlərin suallarını cavablandırdılar . Belə bir mövzunun məhz şagirdlər tərəfindən qabardılması daha təsir edici və tərbiyəvi cəhətdən daha effektiv olduğu qonaqlar tərəfində bir daha vurğulandı


Açar sözlər: