25.05.2017

28 may "Respublika Günü"nə həsr edilmiş tamaşa nümayiş etdirildi

    24 may 2017-ci il  tarixində İsmayıllı şəhər 3 saylı məktəb-liseydə 28 may "Respublika günü"nə həsr edilmiş tamaşanın premyerası keçirilmişdir. Belə ki, məktəb-liseyin 8-ci sinif şagirdləri Xalq yazıçısı İlyas Əfəndiyevin " Hökmdar və qızı " pyesi əsasında tamaşa hazırlamışlar. Tamaşada XVIII əsr xanlıqlar dövrü, xüsusən Qarabağ xanlığının tarixi şagirdlərin ifasında dolğun şəkildə tamaşaçılara çatdırıldı.

    Tədbirdə Təhsil Şöbəsinin Metodik Kabinetin direktoru Hümbət Əsədov, metodistlər Vəfa Ağayeva, Rəna  Mirzəliyeva, Nəriman Qəniyev, Əməkdar müəllim Şəfaqət Rəsulov, məktəbin müəllimləri, valideyinlər, rayon mədəniyyət evinin əməkdaşları iştirak etdilər.

    Böyük marağa səbəb olan tamaşa tamaşaçılar tərəfindən alqışlarla qarşılandı.

    Məktəb-liseyin direktoru Əhmədağa Ələkbərov tamaşanın hazırlanmasında zəhmət çəkmiş müəllim və şagirdlərə təşəkkür edərək bu cür tamaşaların davamlı olaraq hazırlanmasına diqqət çəkdi. Bu cür tədbirlərin şagirdlərin istedadının üzə çıxarılmasındakı rolunu vurğuladı.

    Metodik Kabinetin direktoru Hümbət Əsədov Azərbaycan ədiblərinin əsərlərinin orta məktəb şagirdləri tərəfindən səhnələşdirilməsini alqışla qarşıladıqlarını vurğulayaraq şagirdlərin milli-mənəvi ruhda tərbiyə edilməsində bu cür tədbirlərin əhəmiyyəli olduğunu qeyd etdi