24.05.2017

Xankənd kənd tam orta məktəbində "Ədəbiyyat gecəsi" keçirildi

    23 may 2017-ci il tarixində İsmayıllı rayon Xankənd kənd tam orta məktəbində "Ədəbiyyat gecəsi" keçirildi. Tədbirdə İsmayıllı rayon Təhsil Şöbəsinin Metodik Kabinetin direktorui Hümbət Əsədov, metodistlər Nəriman Qəniyev, Rəna Mirzəliyeva, ətraf məktəblərin müəllimləri iştirak etdilər.

    Tədbirdə şagirdlər Azərbaycan klassiklərinin əsərlərindən ibarət kompozisiyalar nümayiş etdirdilər, ədiblərin şerlərini səsləndirdilər. Böyük maraqla qarşılanan kompozisiyalar iştirakçılarda xoş təəssürat yaratdı.

    Çıxış edən Metodik Kabinetin direktoru Hümbət Əsədov bu cür tədbirlərin şagirdlərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsinə mübət təsirinə diqqət çəkdi. Həmçinin digər çıxışçılar bu cür tədbirlərin əhəmiyyətini vurğuladılar, Azərbaycan ədəbiyyatının qorunub saxlanılması və inkişaf etdirilməsi naminə mühüm addım olduğunu qeyd etdilər.

 


Açar sözlər: