18.05.2017

İsmayıllı məktəblilərindən ibarət komanda zona mərhələsində qalib oldular

    Azərbaycan Respubliası Təhsil, Fövqaladə Hallar, Gənclər və İdman nazirliklərinin birgə razılıaşmaları əsasında Qəbələ şəhərində Fövqalada Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində ümumtəhsil məktəblərinin şagirdləri arasında fövqaladə hallara hazırlıq sahəsində fiziki və intellektual müsabiqələrdən ibarət “Gənc xilasedicilər və yanğınsöndürənlər” yarışmasının zona mərələsi keçirilmişdir.

     Zona mərhələsində İsmayıllı, Qəbəl, Oğuz, Qax, Şəki, Zaqatala, Balakən, Ağsu, Şamaxı, Qobustan rayonlarının ümumtəhsil məktəblərindən ibart on komanda gücünü sınamışdır. Gərgin mübarizə şəraitində keçən yarışmada İsmayıllı rayonunun məktəblilərindən ibarət komanda zona mərhələsinin qalibi olaraq Respublika final mərhələsində iştirak etmək hüququ qazanmışlar.


Açar sözlər: