05.05.2017

İsmayıllı rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları beynəlxalq yarışı izləmişlər

    04 may 2017-ci il tarixində Respublikamızda beynəlxalq səviyyəli velosiped yarışına start verilmişdir. Bakı şəhərindən başlanılan yarışın birinci mərhələsi İsmayıllı rayonunda yekunlaşmışdır. Veloyürüşün keçdiyi hər bir rayonda coşqu ilə qarşılanan yarışmaçılar rayonumuzda da böyük coşqu və alqışlar içərisində qarşılanmışdır. Tamaşaçı qismində iştirak edən hər bir rayon sakini yarışmanı böyük maraq ilə izləmişdir.

    İsmayıllı rayon Təhsil Şöbəsinin rəhbərliyi və əməkdaşları da velosiped yarışını izləmişlər, yarışın yüksək səviyyədə keçməsi üçün bütün qüvvələrini səfərbər etmişlər. 
    Bu cür beynəlxalq yarışların ölkəmizdə və rayonumuzda keçirilməsi ölkəmizin və rayonumuzun beynəlxalq yarışlara ev sahibliyi edə biləcəyini bir daha göstərtmiş olur.


Açar sözlər: