04.05.2017

“Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir

    İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı, Azərbaycan Respublikası Vergilər Nazirliyinin 10 saylı Ərazi Vergilər İdarəsinin dəstəyi ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vergi uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqənin keçirilməsində məqsəd vergi ödəyicilərində vergi ödəmə mədinəyytini formalaşdırmaq, vergi ödəmənin faydalarını aşılamaq olmuşdur.

    Şagirdlərinin əl işlərinə baxış keçirdən münsiflər heyəti qalibləri müəyyən etmiş, iştirkçılara və qaliblərə uğurlar arzulamışlar.

    Qaliblər rayon Təhsil Şöbəsinin və 10 saylı Ərazi Vergilər İdarəsinin diplomları və Fəxri fərmanları ilə mükafatlandırılacaqlar.