01.05.2017

Görkəmli oftalmoloq ümumtəhil məktəblərində anılmışdır

    Azərbaycan Respublikasının görkəmil oftalmoloqu, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü, tibb elmələri doktoru, professor Zərifə Əziz qızı Əliyevanın 28 aprel 1923-cü ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Zərifə Əliyeva 1947-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir. Azərbaycan Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda elmi işçi, 1969-cu ildən isə Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda göz xəstəlikləri kafedrasının dosenti, professor, görmə orqanlarının peşə patologiyası laboratoriyasının müdiri, oftalmologiya kafedrasının müdiri (1982-1985) vəzifələrində çalışmışdır.

    Zərifə Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətləri vardır. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə  kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Zərifə Əliyeva yüksək ixtisaslı səhiyyə kadrları hazırlanmasına böyük əmək sərf etmişdir.

    Akademik Zərifə Əliyeva Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafıə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqu" (Moskva) jurnalı redaksiya heyətinin üzvü idi. Yüksək elmi nailiyyətlərinə görə SSRİ Tibb Elmlər Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdür.    

    1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda atasının qəbri yanında dəfn olunmuşdur.

    Zərifə Əliyevanın əziz xatirəsi silsilə tədbirlərlə İsmayıllı rayon ümumtəhsil məktəblərində anılmışdır. Tədbirlər İsmayıllı rayon Mərkəzi Xəstəxanası ilə birgə keçirilmiş, Mərkəzi Xəstəxanadan dəvət olunmuş həkimlər və məktəb rəhbərləri görkəmli oftalmoloq alimin həyatı və elmi araşdırmaları haqqında ətraflı məlumat vermişlər. Alimin həyat və yaradıcılığından bəhs edən filmlər nümayiş etdirilmiş, şagirdlərin ifasında Zərifə Əliyevaya həsr edilmiş şerlər dinlənilmişdir.