26.04.2017

"Narkomaniyaya yox deyirik" mövzusunda tədbir keçirilmişdir

    İsmayıllı rayon Xankənd kənd tam orta məktəbində “Narkomaniyaya yox deyirik” adlı tədbir keçirilmişdir. Tədbirdə İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları, məktəbin şagirdləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rauf Adıgözəlov narkomaniyanın mənfi təsirlərindən ətraflı bəhs edərək, narkomaniya kimi zərərli vərdişlərdən uzaq durulmasınının şagirdlərə aşılanması yollarını qeyd etdi. Rauf müəllim zərərli vərdişlərdən uzaq durulması ilə bağlı aparılan maarifləndirmə tədbirlərinin əhəmiyyətini vurğulayaraq, müəllimlərin üzərinə böyük məsuliyyətin düşdüyünü qeyd etdi.

    İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları narkomaniya və digər zəzərəli vərdişlərlə mübarizə yollarından ətraflı bəhs etdilər. Aparılan mübarizə yolları ilə yanaşı maarifləndirmə işlərinin aparılmasının zəruriliyini bildirdilər.

    Sonda zərərli vərdişlər və onlarla mübarizə yolları ilə bağlı tədbiri iştirakçılarının təklif və rəyləri dinlənilmişdir.


Açar sözlər: