25.04.2017

Metodik Şuranın növbəti iclası keçirilmişdir

    İsmayıllı rayon Təhsil Şöbəsi Metodik Kabinetinin təşkilatçılığı ilə şəhər 2 saylı tam orta məktəbində “ Fənn birləşmələrinin işinin təşkili vəziyyəti” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransda Metodik Kabinetin direktoru Hümbət Əsədov, metodistlər, ümumtəhsil məktəblərinin fənn metodbirləşmələrinin rəhbərləri iştirak edirdilər.

    Tədbir iştirakçıları foyedə məktəbin fənn metodbirləşmələrinin fəaliyyətini əks etdirən sərgi ilə tanış oldular.

    Məktəbin tarix müəllimi Fatma Vəliyeva,  Azərbaycan dili və ədəbiyyatı müəllimi Fidan Oruclu, cografiya müəllimi Nahidə Qəniyeva, informatika müəllimi Ayşən Mirzəliyeva, ingilis dili müəllimi Şərafət Bayramov, ibtidai sinif müəllimləri Təhminə Atayeva və Təranə Məmədovanın ayrı-ayrı siniflərdə keçdikləri açıq dərsləri dinlənilmiş və sonda müzakirə olunmuşdur.

    Məktbin direktoru Ramil Dadaşov çıxış edərək son illərdə 2 saylı tam orta məktəbin qazandığı nailiyyətlərdən ətraflı bəhs etdi.

    İsmayıllı rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin metodist Sədəf Mikayılovanın mövzu ilə bağlı məruzəsi dinlənilərək müzakirə edildi. Müzakirədə tədbir iştirakçıları fəal iştirak edərək mövzunun aktuallığından, açıq dərslərdə müəllimlərin yüksək peşəkarlıq nümayiş etdirdiklərindən danışaraq təkilf və rəylərini bildirdilər.

    Sonda Metodik Kabinetin direktoru Hümbət Əsədov çıxış edərək mövzunun aktuallığından bəhs etdi. Fənn metodbirləşmələrinin əhəmiyyətini vurğulayan Hümbət müəllim rayonda bu sahədə mühüm işlər görüldüyünü tədbir iştirakçılarının nəzərinə çatdırdı.
 

 


Açar sözlər: ,