21.04.2017

Şəhidlərin xatirəsi yad edildi

    İsmayıllı rayonunun Gəndov kənd ümumi orta məktəbində 2016-cı ilin aprel döyüşlərində şəhid olmuş Vahabov Mikayıl Yaqub oğlu və birinci Qarabağ savaşında şəhid olmuş vətən oğullarının xatirəsinə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Qarabağ Müharibəsi əlilləri, veteranları və Şəhid ailələri İctimai Birliyinin İsmayıllı şöbəsinin sədr müavini Kamil Dadaşov, ətraf məktəblərin direktorları, müəllimlər kənd camaatı, şəhid yaxınları iştirak edirdilər.

    Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Xuraman Qurbanova şəhidlərin xatirəsi bir dəqiqəlik sükut yad edilməsini tədbir iştirakçılarından xahiş etdi. Şəhirdlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Xurman müəllimə vətənimiz uğrunda canını fəda etmiş əziz şəhidlərimiz haqqında ətraflı məlumat verərək unudulmadıqlarını, daima qəlbimizdə yaşadıqlarını və göstərdikləri qəhrəmanlıqlardan ətraflı bəhs etdi.
    Gəndov kənd ümumi orta məktəbin şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyaya tamaşaşa edildi.

    Tədbirdə çıxış edən digər iştirakçılar da vətənimiz uğrunda canını fəda etmiş əziz şəhidlərimizə Uca Allahdan rəhmət diliyərək, işğal altında olan torpaqlarımızın tezliklə geri qaytarımasını arzu etdilər. Vətənpərvərlik mövzusunda keçirilən bu cür tədbirlərin şagirdlərin vətənpərvərlik ruhunda böyüməsinə müsbət təsir göztərəcəyini vurğuladılar.  
 


Açar sözlər: