20.04.2017

Növbəti zona konfransı keçirildi

    Hacıhətəmli kənd tam orta məktəbində "Vətənpərvərlik ən mühüm mənəvi dəyərdir" mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

    Konfransda İsmayıllı rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin direktoru Hümbət Əsədov, metodistlər, ətraf məktəbin direktorları və fənn müəllimləri iştirak edirdilər.

    Konfransdan əvvəl vətənimizin bütövlüyü, istiqlaliyyətimiz uğrunda canını fəda etmiş əziz şəhidlərimizin və 1918-ci ildə xalqımıza qarşı erməni vandallarının törətdiyi soyqırımın qarşısını almaq məqsədi ilə yardıma gəlmiş türk ordusundan şəhid olmuş əsgərlərin məzarları ziyarət edilərək gül dəstələri qoyulmuş, dualar edilmişdir.

    Konfrans iştirakçıları foyedə vətənpərvərlik mövzusunda təşkil edilmiş şagirdlər tərəfindən hazırlanmış əli işlərindən ibarət sərgi ilə taniş olmuş, məktəbin uğurlarını əks etdirən stendlərə tamaşa etmişlər. Maraqla qarşılanan sərgi və stendlər şagirdlərin vətənə olan sevgisini bir daha göstərmiş oldu.

    Sərgiyə baxışdan sonar müasir təlim metodları əsasında hazırlanmış açıq dərslər keçirilmişdir. I sinifdə Ana dili fənnindən “Qarabağ “, II sinifdə Həyat bilgisi fənnindən “Vətən anadır”, III sinifdə Həyat bilgisi fənnindən “Azərbaycan təbiəti”, V sinifdə Azərbaycan tarixi fənnindən “Bir kərə yüksələn bayraq”, VII sinifdə riyaziyyat fənnindən “Üçbucağın xarici bucağı və onun xassəsi”, VI sinifdə coğrafiya fənnindən “Böyük şəhərlərin böyük problemi”, VIII sinifdə Azərbaycan dili fənnindən “Həmcins üzvlər”, X sinifdə Azərbaycan dili fənnindən “Türk dilləri ailəsi” mövzularında açıq dərslər təşkil edilmişdir. Dərslərdə İKT vasitələrindən səmərəli istifadə edilmiş, müəllim və şagirdlər tərəfindən dərslər maraqla qarşılanmışdır. Sonunda müzakirələr aparılmış, müəllimlər dərslərin gedişatı haqqında təklif və rəylərini vermişlər.

    Açıq dərslər bitdikdən sonar konfransın nəzəri hissə Dövlət Himninin səslənməsi başlamışdır. Tədbiri giriş sözu ilə məktəbin direktoru Şahin Kərimov açmışdır. Şahin müəllim son illərdə Hacıhətəmli kənd tam orta məktəbinin qazandığı uğurlardan, qarşıda duran vəzifələrdən və problemlərdən ətraflı bəhs etdi.

    Rayon Təhsil Şöbəsinin metodisti Rəna Mirzəliyeva “Vətənpərvərlik ən mühüm milli-mənəvi dəyərdir” mövzusunda məruzə etdi. Maraqla qarşılanan məruzə ətrafında fikir mübadiləsi aparılmış, şagirdlədə milli-mənəvi dəyərlərin aşılanması yolları geniş müzakirə edildi.

    Uzun illər Hacıhətəmli kənd tam orta məktəbinə rəhbərlik etmiş və hal-hazırda təqaüddə olan Mehdi Məmmədov “Əsil vətənpərvər vətəndaşın yetişdirilməsi yolları” mövzusunda çıxış etdi. Mehdi müəllimin uzun illərin pedaqoji təcrübəsinə əsaslan çıxışı iştirakçılar tərəfindən alqışlarla qarşılanmışdır.

    Məktəbin Azərbaycan dili-ədəbiyyat müəlliməsi Aliyə Məmmədova “Məktəbdə vətənpərvərlik tərbiyəsinin aşılanması yolları” mözusunda çıxış etmişdir. Çıxışı zamanı müəllimə vətənpərvərlik hisslərinin aşılanmasında hər bir müəllimin üzərinə böyük vəzifələrin düşdüyünü qeyd etdi.

    Təhsil Şöbəsinin aparıcı məsləhətçisi, Əməkdar müəllim Şəfaqət Rəsulov çıxış edərək vətənpərvərlik tərbiyəsi ilə bağlı mülahizələrini söylədi.

    Məktəblilərin ifasında "Hec kim unudulmur,hec nə yaddan çıxmır" mövzusunda hazırlanmış ədəbi-bədii kompozisiyası maraqla qarşılandı.

    Bu qisimdə keçirilən tədbirlər Təhsil Strategiyasının tələblərinə uyğun olaraq şagirdlərin hərbi vətənpərvərlik tərbiysində, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsinə özünəməxsus rol oynamaqla yanaşı, təlim keyfiyyətinin yüksəlmsinə də ciddi müsbət təsirini göstərəcəkdir.

    Sonda İsmayıllı rayon Təhsil Şöbəsinin Metodik Kabinetinin direktoru Hümbət Əsədov çıxış edərək İsmayıllı təhsilinin qazandığı uğurlardan və nailiyyətlərdən ətraflı bəhs etdi, bu nailiyyətlərin qazanılmasında vətənpərvərlik tərbiyəsinin rolunun əhəmiyyətini xüsusi vurğuladı. Şagird şəxsiyyətinin formalaşmasında böyük əhəmiyyətə malik olan bu cür tədbirlərin rayonumuzda artıq geniş vüsat alaraq keçirildiyini qeyd etdi. 

    Sonda konfransın hazırlanmasında əməyi olan bir qrup müəllimə Təhsil Şöbəsinin Fəxri fərmanları təqdim edildi.


Açar sözlər: ,  ,