19.04.2017

Maarifləndirmə xarakterli tədbir keçirilmişdir

    İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı, “Ümidli Gələcək” ictimai birliyinin dəstəyi ilə “Reproduktiv sağlamlığın tədrisi” proqramı çərçivəsində maarifləndirmə xarakterli seminar keçirilmişdir. Seminarda “Ümidli Gələcək” ictimai birliyini proqram rəhbəri Ruhanə Əhmədova, layihə koordinatoru Kəmalə Aşumova, ümumtəhsil məktəblərinin biologiya və Həyat bilgisi fənlərinin müəllimələri iştirak edirdilər.

    İctimai birliyin proqram rəhbəri və layihə koordinatoru çıxış edərək reproduktiv sağlamlığın tədrisi ilə bağlı ətraflı məlumat verdilər. Seminarın keçirilməsində məqsədin ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin fiziki sağlamlıqraının qorunması, zərərli vərdişlərdən uzaq durulmasının zəruriliyini şagirdlərə çatdırılması və bu sahədə şagirdlər arasında mütəmadi maarifləndirm işinin aparılmsı olduğu vurğulandı.

    Sonda müəllimləri maraqlandıran suallara cavab verilmiş, müzakirələr və  fikir mübadilələri aparılmışdır.