18.04.2017

Zona yarışılarında qazanılmış daha bir uğur

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin proqramına uyğun olaraq Balakən rayonunda oğlanlar arasında  “Sərbəst güləş” və “Yunan-Roma güləşi” idman növləri üzrə zona yarışı keçirilmişdir. Yarışda zona üzrə Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Göyçay  rayonlarından on bir komanda iştirak edirdi.

    Rayonumuzu təmsil edən Uşaq Gənclər İdman Məktəbinin komandasının üç nəfər idmançısı Səmədov Fərid, Orucov Sehran və Alıyev Kənan idman yarışında uğurla çıxış edərək ikinci və üçüncü yerləri qazanmışlar.

    Qalib gəlmiş idmançılar “Təhsil” Respublika İdman Mərkəzinin diplomları ilə mükafatlandırılmışlar.


Açar sözlər: