Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə IV İslam Həmrəyliyi Oyunlarının Proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinin proqramına uyğun olaraq 17 aprel 2017-ci ildə İsmayıllı Olimpiya İdman Kompleksində 2002-2003-cü il təvəllüdlü oğlanlar arasında basketbol yarışı keçirilmişdir. Yarışda zona üzrə Balakən, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Ağdaş, Şamaxı, Göyçay rayonlarından on bir komanda iştirak etmişdir.
Yarışda İsmayıllı rayonun komandası birinci, Ağsu və Ağdaş rayonlarının komandaları ikinci və üçüncü yerləri qazanmışlar. Qalib komandalar “Təhsil” Respublika İdman Mərkəzinin diplomları ilə mükafatlandırılmışlar.