11.04.2017

İsmayıllı komandası zona birincisi oldu

    10 aprel 2017-ci ildə İsmayıllı rayon Olimpiya İdman Kompleksində Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi, Təhsil Respublika İdman mərkəzinin təşkilatçılığı ilə keçirilən “IV İslam Həmrəyliyi Oyunlar”nın proqramına daxil edilmiş idman növlərinin məktəblilər arasında təbliğinə həsr edilmiş kütləvi idman tədbirləri çərçivəsində İsmayıllı zonası üzrə atletika idman növü üzrə yarış keçirilmişdir. Yarışda zona üzrə on bir rayonu təmsil edən hər rayondan  bir komanda iştirak edirdi.

    İsmayıllı rayonunun təmsil edən komanda zona üzrə birinci yerə layiq görülmüşdür. Komandanın tərkibi şəhər 3 saylı məktəb-lisey və Vəng kənd tam orta məktəbin şagirdlərindən ibarət olmuşdur.

   


Açar sözlər: