10.04.2017

Daha bir şagirdimiz beynəlxaq sertifikata layiq görüldü

     İsmayıllı şəhər 1 saylı tam orta məktəbin X sinif şagirdi Şamxal İsrayılzadə ABŞ-ın ən nüfuzlu dövlət universitetlərindən San Dieqo Dövlət Universitetinin, Qlobal Karyera İnistutu, STEM Akademiyasının birgə keçirdiyi Beynəlxalq ''Workshop" seminarına müraciət etmişidir. Birinci turda 104 müraciətçi arasından Şamxalın da kriteriyaları uyğun görüldüyü üçün 02 aprel 2017-ci il tarixində ingilis dili bilgiləri yoxlanılmaq məqsədi ilə telefon intervyusu keçirilmişdir. İkinci turda telefon intervyusunda əksəriyyəti müxtəlif ali məktəblərdən olan iştirakçılardan 70 nəfər seminara seçilmişdir. İntervyu əsnasında Şamxal İsmayılzadə seminarda iştiraka layiq görülmüşdür.

    Seminar 08 aprel 2017-ci il tarixində Azərbaycan Dillər Universitetinin Amerikan Mərkəzində təşkil olunmuşdur. Seminar universitetdən gələn professor-müəllim heyəti tərəfindən ingilis dilində verilmiş və sonda iştirakçılar universitetin sertifikatı ilə təltif olunmuşlar.


Açar sözlər: