14.03.2017

Açıq dərs keçirilmişdir

    Lahıc qəsəbə tam orta məktəbində coğrafiya müəllimi Şakir Həmzəyevin VI sinifdə "Səhralar" mövzusunda açıq dərsi keçirilmişdir. Dərsdə məktəbin direktoru, metodbirləşmə rəhbərləri, gənc müəllimlər iştirak etmişdirlər. İKT vasitələrindən və müasir təlim metodlarından səmərəli istifadə edilən dərs şagirlər və müəllimlər tərəfindən yüksək qarşılandı. Sonda dərsin müzakirəsi keçirildi. Müəllimlər dərs prosesinin gedişi haqqında təklif və rəylərini bildirdilər.