12.03.2017

Fənn Olimpiadasının zona mərhələsi keçirildi

    11 mart 2017-ci ildə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə Respublika Fənn Olimpiadalarının zona mərhələsi keçirildi. Zona mərhələsində İsmayıllı (134 nəfər), Şamaxı (58 nəfər), Ağsu (29 nəfər), Qobustan (12 nəfər) rayonlarının ümumtəhsil məktəblərindən ümumilikdə 233 nəfər IX-XI siniflərin şagirdləri iştirak edirdi.

    Olimpiadadan öncə zona mərhələsinin keçirilməsi üçün ezam olunmuş Təhsil Nazirliyinin əməkdaşları nəzarətçi qismində iştirak edəcək 23 nəfər müəllimi olimpiadanın keçirilmə qaydaları ilə tanış etdi.

    Təlimata uyğun olaraq olimpiada saat 10:00-da başlamış, müvafiq fənlərə verilən vaxtda yekunlaşmışdır. Olimpiadanın keçirilməsi zamanı heç bir insident yaşanmamış, köçürmə halına rast gəlinməmişdir.

    Zona mərhələsində qalib olacaq şagirdlər final mərhələsində iştirak etmək hüququ qazanacaqlar.