03.03.2017

Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilmişdir

    02 mart 2017-ci il tarixdə İsmayıllı rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilmişdir. Şurada ümumtəhsil məktəblərinin və məktəbəqədər təhsil müəssisələrinin direktorları, Təhsil Şöbəsinin əməkdaşları iştirak edirdilər.

    Təhsil Şöbəsinin müdiri Rasim Orucov cari və gündəlikdə duran məslələr haqqında məlumat verdi.

    Şuranın gündəliyində iki məsələ müzakirə olundu.

    Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Vüsal Həmidov “27-28 noyabr 2016-cı ildə İsmayıllı rayonunda Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirtdiyi diaqnostik qiymətləndirmənin nəticələri” mövzusunda hazırladığı arayışı şura iştirakçılarının diqqətinə çatdırdı. Ən yüksək  və ən zəif nəticə göstərmiş müəllimlər və məktəblər haqqında ətraflı məlumat verdi.

    Metodist Güllübəyim Crullayevanın “Rayonun şəhər 3 saylı, Talıstan, Gəraybəyli, Xəlilli, Sumağallı Təzəkənd uşaq baxçalarında təlim-tərbiyyənin vəziyyəti haqqında” mövzusunda hazırladığı arayışı müzakirə edildi. Baxçalarda görülən işlər, qarşıda duran vəzifələr və problemlərdən ətraflı bəhs edildi.

    Sonda hər iki arayışın qərar hissəsi oxunaraq səsverməyə qoyuldu. Şura üzvləri tərəfindən qərar layihələri qəbul edildi.

 


Açar sözlər: