27.02.2017

"Xocalı faciəsi" məktəblərdə yad edildi

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin tədbirlər planına uyğun olaraq İsmayıllı rayon ümumtəhsil məktəblərində Xocalı soyqırımının iyirmi beşinci ildönümü ilə əlaqədar olaraq Xocalı faciəsinə həs edilmiş silsilə tədbirlər keçirilmiş, 24 fevral 2017-ci ildə ilk dərslər Xocalı soyqırımına həsr edilmişdir, Xocalı soyqırımına həsr edilmiş açıq dərslər keçirilmişdir. Tədbirlərdə məktəb kollektivləri soyqırım qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, məktəb rəhbərləri və tarix müəllimləri soyqırım haqqında ətraflı məlumat vermişdirlər. Şagirdlərin ifasına Xocalı soyqırımına həsr edilmiş kompozisiyal nümayiş etdirilmiş, filmlər izlənilmişdir.