Ölkəmizdə uşaq futbolunun inkişaf etdirilməsi, futbolun kütləviliyinin təmin olunması məqsədi ilə “Coca-Cola” şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin və AFFA-nın təşkilatçılığı ilə İsmayıllı rayon ümumtəhsil məktbələrinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola məktəbli kuboku” layihəsinin 2016-2017-ci il mövsümünə start verilmişdir. Yarışda iştirak etmək istəyən ümumtəhsil məktəblərinin 30 komandasnın sənədləri AFFA-ya təqdim olunmuşdur.
Oyunlar şəhər 1 saylı tam orta məktəbin futbol meydançasında keçirilir. Gərgin mübarizə şəraitində keçən oyunlar AFFA-nın hakimləri tərəfindən idarə edilir.