23.02.2017

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir

    İsmayıllı rayon şəhər 3 saylı məktəb liseydə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilmişdir. Müsabiqədə məktb mərhələsində qalib olmuş VIII-XI siniflərin şagirdləri iştirak edirdilər. Müsabiqə şagirdlərin yüksək fəallığı şəraitində keçmişdir. Müsabiqənin nəticələri bir daha onu deməyə əsas verir ki, şagirdlərin bədii ədəbiyyat oxumağa olan meyl və maraqları yüksəkdir.

    Müsabiqə iştirakçılarının işləri təşkilat komitəsinin üzvləri tərəfindən yoxlanılmış və ən yüksək nəticə göstərən şagird müəyyənləşdirilmişdir. Şəhər 6 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Ağazadə Murad Rövşən oğlu ən yüksək nəticə qazanaraq Respublika mərhələsində iştirak etmək hüququ qazanmışdır.  


Açar sözlər: ,