22.02.2017

“Xocalı faciəsi – Azərbaycanın qanlı tarixi ” adlı inşa müsabiqəsi keçirilmişdir

    İsmayıllı rayonTəhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq ümumtəhsil məktəblərini şagirdləri arasında Xocalı faciəsini 25-ci ildönümünə həsr edilmiş “Xocalı faciəsi – Azərbaycanın qanlı tarixi ” adlı inşa müsabiqəsi keçirilmişdir.

    Müsabiqə Xocalı faciəsində həyatını itirmiş soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Müsabiqədə iştirak edən rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülnarə Mirzəliyeva çıxış edərək Xocalı faciəsinin bəşəriyyət tarixində törədilmiş ən dəhşətli qətliamlardan biri olduğunu bildirdi. Xocalı faciəsini dünyaya tanıdılıması istiqamətində görülən işlərdən danışdı. H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın  başlatdığı “Xocalıya ədalət” kompaniysının nəticəsi olaraq artıq dünyanın bir sıra dövlətlərinin Xocalı faciəsini soyqırım olaraq tanıdığını qeyd etdi. Keçirilən müsabiqələrin əsas səbəsinin Azərbaycan xalqının başına gələn müsibətlərin dünyaya çatdırılması olduğunu bildirdi.

    Sonda inşa yazıları yoxlanılmaq üçün təşkilat komissiyasına təqdim edildi.