21.02.2017

“Xocalı faciəsi uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirildi

    İsmayıllı rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq 21 fevral 2016-cı il tarixində ümumtəhsil məktəblərinin şagirləri arasında “Xocalı faciəsi uşaqların gözü ilə” rəsm müsabiqəsi keçirildi. Müsabiqədə İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülnarə Mirzəliyeva, Təhsil Şöbəsinin əməkdaşları  və müəllimlər iştirak edirdilər.

    Müsabiqədən öncə çıxış edən Gülnarə Mirzəliyeva Xocalı faciəsi haqqında ətraflı məlumat verdi. H. Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Xocalı faciəsini dünyaya tanıdılması istiqamətində gördüyü işlərdən bəhs etdi. Xocalı faciəsinin dünyaya çatdırılmasında hər bir Azərbaycan vətəndaşının üzərinə böyük vəzifələrin düşdüyünü vurğuladı.

    Şəhər 4 saylı tam orta məkəbin müəllimi Oqtay Nəzirov çıxış edərək Xocalı faciəsinin şagirdlərin gözü ilə baxılmasına diqqət çəkdi.  Qan yaddaşımızın unudulmaması və gələcək nəsillərə ötürülməsi üçün müxtəlif təbliğat vasitələrindən istifadə dilməsinə diqqət çəkdi.

    Sonda şagirdlərin əl işlərinə baxış keçirildi. Münsiflər heyəti  tərəfindən  1-ci, 2-ci, 3-cü yerlərə layiq görülən işlər seçildi. Şəhər 1 saylı tam orta məktəbin 6-cl sinif şagirdi Nağıyeva Nazənin Aqil qızı, şəhər 2 saylı tam orta məktəbin 9-cu sinif şagiri Abbasova Mələkxanım Füzuli qızı I yer, Ruşan kənd tam orta məktəbin 9-cu sinif şagirdi Əsədova Afina Elxan qızı, şəhər 3 saylı məktəb liseyin 9-cu sinif şagirdi Atayev Fərman Fuad oğlu II yer, Vəng kənd tam orta məktəbin 9-cu sinif şagirdi Hüseynova Şəhla Müslüm qızı, Talıstan kənd tam orta məktəbin 6-cı sinif şagirdi İsayev Səid Samur oğlu, şəhər 5 saylı tam orta məktəbin 9-cu sinif şagirdi Məmmədova Səbinə Çərkəz qızı isə III yerlərə layiq görülmüşlər.