20.02.2017

Şagirdlərimiz "Əlaçı" intellektual bilik yarışmasının seçim turunda iştirak etmişlər

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 18 fevral  2017-ci il tarixində Şəki şəhərində "Əlaçı" televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilmişdir. Zona mərhələsində Şamaxı, Şəki, Qəbələ, İsmayıllı, Zaqatala, Qax, Balakən, Oğuz, Ağsu rayonlarının ümumtəhsil məktəblərinin X sinif şagirdləri iştirak etmişlər. Şagirdlər fənlərlə üzrə açıq tipli test və məntiq suallarını cavablandırmışlar.

    2017-ci ilin mart-oktyabr aylarında çəkilişi aparılacaq "Əlaçı" televiziya lahiyəsinin 4 və 5-ci mövsümlərinin iştirakçılarını seçmək üçün zona mərhələsində  rayonların hər birindən ən yüksək nəticə göstərən şagirdlər iştirak hüququ qazanacaqlar