16.02.2017

 Açıq dərslər  keçirilmişdir

    İsmayıllı rayon ümumtəhsil məktəblərində açıq dərslər keçirilmişdir. Dərslər şəhər 3 saylı tam orta məktəbində ədəbiyyat fənnindən VIII b sinifində “Qədim və orta dövr ədəbiyyatında insana verilən dəyər” (müəllim Abasova Aidə),  Lahıc qəsəbə tam orta məktəbində tarix fənnindən X sinifdə “XIX əsrin ikinci yarısında Azərbaycanda elm və mədəniyyət” (müəllim  İsmayılova Rəfiqə), İstisu kənd tam orta məktəbində V-ci sinifində Azərbaycan dili fənnindən “İçəri şəhər” (müəllim Sultanova Hədiyyə), Qoşakənd kənd tam orta məktəbində XI sinifində coğrafiya fənnindən “Qazaxıstan Respublikası” (müəllim Abbasov Habil) mövzuları üzrə təşkil edilmişdir

    Dərslərdə müasir İKT vasitələrindən və müasir təlim metodlarından aktiv şəkildə istifadə edilmişdir.

    Ətraf məktəblərin müəllimlərinin də iştirak etdiyi dərslər  müzakirə edilmiş,  dərsin gedişatı ilə bağlı müəllimlərin rəy və təklifləri dinlənilmişdir.


Açar sözlər: ,  ,