08 fevral 2017-ci il tarixində İsmayıllı rayon Təhsil Şöbəsinin akt zalında ümumtəhsil məktəblərinin direktorlarının iştirakı ilə iclas keçirildi. İclasda növbəti tədris ilindən rayonda aparılacaq ümumtəhsil məktəblərinin təmayülləşməsi ilə bağlı məsələlər müzakirə edildi.
Təhsil Şöbəsinin müdiri Rasim Orucov çıxış edərək təmayülləşmənin aparılması ilə əlaqədar yerlərdə məktəb direktorlarının üzərinə düşən məsuliyyəti qeyd etdi. Aparılan təmayülləşmə islahatlarının mahiyyətini əhaliyə çatdırılmasının zəruriliyini vurğuladı. Təmayülləşmənin aparılamsı ilə əlaqədar görüləcək işlər barədə tapşırıq və tövsiyyələrini verdi.
Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Ramiz Baloğlanov çıxış edərək təmayülləşmə ilə bağlı görülmüş işlərlə haqqında ətraflı məlumat verdi. Məktəb direktorlarından 9-cu sinifdə oxuyan şagirdlərin valideyinlərindən ərizələr toplanması üçün tapşırıq verdi.
Sonda təmayülləşmə ilə bağlı məktəb direktorlarını maraqlandıran suallar Təhsil Şöbəsinin əməkdaşları tərəfindən cavablandırıldı.