18.01.2017

"20 Yanvar" faciəsinə həsr edilmiş şer müsabiqəsi keçirilmişdir

    18 yanvar 2017-ci il tarixində İsmayıllı rayon Təhsil Şöbəsinin tədbirlər planına uyğun olaraq "20 Yanvar" Ümumxalq Hüzn gününə həsr edilmiş məktəblilər arasında şer müsabiqəsi keçirilmişdir. Müsabiqədə ümumtəhsil məktəblərinin şagirdləri fəal şəkildə iştirak etdilər. Vətənpərvərlik mövzusunda deyilən şerlər, münsiflər heyəti tərəfindən yüksək qarşılandı. Müsabiqədə qaliblər müəyyənləşdirilərək mükafatlandırılmaq üçün təşkilat komissiyasına təqdim edildi.