17.01.2017

"20 Yanvar" faciəsinə həsr edilmiş rəsm müsabiqəsi keçirilmişdir.

    İsmayıllı rayon Təhsil Şöbəsinin "20 Yanvar" faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 17 yanvar 2017-ci il tarixində Uşaq Kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə rayon İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülnarə Mirzəliyeva, Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Yaradıcılıq Mərkəzini direktoru Xalıq Xalıqov və ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak edirdilər. Tədbirdə UYM-nin direktoru Xalıq Xalıqov çıxış edərək "20 Yanvar faciəsi haqqında ətraflı məlumat verdi. İcra Hakimiyyətinin aparıcı məsləhətçisi Gülnarə Mirzəliyeva çıxış edərək " 20 Yanvar" faciəsinin tariximizdə və müstəqilliyimizin qazanılmasındakı yerini tədbir iştirakçılarına çatdırdı.

 Sonda münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerə layiq görülən işlər müəyyənləşdirilərək mükafatlandırılması üçün təşkilat komissiyasına təqdim edildi.