16.01.2017

Fənn olimpiadasının rayon turu keçirilmişdir.

15 yanvar 2016-cı il tarixində İsmayıllı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Respublika  Fənn Olimpiadasının rayon turu təşkil edilərək keçirilmişdir. Olimpiadanın keçirilməsi üçün təşkilat komitəsi yaradılmış, komitə üzvləri olimpiadanın təşkilində yaxından iştirak etmişdirlər.  Öncədən qeyd edildiyi kimi şəhər 2 saylı tam orta və şəhər 3 saylı məktəb liseydə təşkil edilmiş olimpiada təlimata uyğun olaraq saat 10:00 da başlamış, fənlərə verilən vaxtdan asılı olarq tələb olunan vaxtda qurtarmışdır. Normal şəraitdə keçən olimpiadada heç bir neqativ hala rast gəlinməmişdir.

Olimpiadadanın keçirilməsi prosesində siniflərdə  nəzarətçi qismində iştirak etmək üçün 30 nəfər qeyri-ixtisas müəllimi cəlb edilmişdir. Olimpiadaya olan maraq hər il olduğu kimi bu ildə də böyük olmuşdur. Beləki, rayonun ümumtəhsil məktəblərindən 500-dən çox şagirdi olimpiadada iştirak etmişdir.