26.12.2016

Zonalarda seminar müşavirələr keçirilmişdir

 

    Ümumi təhsil səviyyəsində keçiriləcək buraxılış imtahanlarında (IX sinif) olan yeniliklərin yerlərə çatdırılması məqsədi ilə  20 dekabr 2016- cı il tarixdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbində şəhər və şəhər ətraflı məktəblərin Azərbaycan dili və riyaziyyat müəllimləri üçün , 23 dekabr 2016-cı il tarixdə şəhər 3 saylı tam orta məktəbin akt zalında ümumtəhsil məktəblərinin direktorları və direktor müavinləri üçün, 24 dekabr 2016-cı il tarixində rayonun Topçu, İvanovka, Təzəkənd, Kürdmaşı kənd tam orta və Lahıc qəsəbə tam orta məktəblərində müvafiq zonanın ümümtəhsil məktəblərininin direktorları, direktor müavinləri, Azərbaycan dili və riyaziyyat fənlərinin müəllimləri üçün maarifləndirmə xarakterli seminarlar keçirilmişdir. Şəhər 1 saylı tam orta məktəbində 65 nəfər, Topçu kənd tam orta məktəbində 20 nəfər, İvanovka kənd tam orta məktəbində 33 nəfər, Kürdmaşı kənd tam orta məktəbində 35 nəfər, Təzəkənd kənd tam orta məktəbində 67 nəfər, Lahıc qəsəbə tam orta məktəbində 8 nəfər müəllim iştirak etmişdir. Seminarlarda müəllimlərə imtahanların keçirilmə qaydaları haqqında məlumatlar verilmiş, imtahanlarda istifadə olunacaq test tapşırıqlarının nümunələri müzakirə edilmişdir. Sonda  Təhsil Şöbəsinin əməkdaşları tərəfindən seminar iştirakçılarının təklif və rəyləri  Təhsil Nazirliyinə təqdim edilmək üçün toplanıldı.