21.12.2016

Seminar müşavirə

Bildiyimiz kimi  IX siniflərdə builki buraxılış imtahanlarının forma və məzmun etibarı ilə ilk dəfə keçirildiyini nəzərə alsaq imtahanın keçirilmə qaydası və məzmunu ilə bağlı kifayət qədər sualların olacağı gözlənilir və bu baxımından təhsil işçilərinin maarifləndirilməsi məqsədəmüvafiq hesab edilir. Bu məqsədlə İsmayıllı rayon Təhsil Şöbəsində işçilərin maarifləndirilməsi məqsədi ilə iclas keçirilmişdir. İclasda çıxış edən Təhsil Şöbəsinin müdirinin müavini Rahim Baxışov müvafiq məlumatlar əsasında imtahanların keçirilməsi haqqında ətraflı məlumat verdi.

Metodik Kabinetin direktoru Hümbət Əsədov maarifləndirmə işlərinin aparılması məqsədi ilə ümumtəhsil müəssisələrində zona seminarlarının keçirilməsinin nəzərdə tutulduğunu qeyd etdi. Belə ki, 22 dekabr 2016-cı il saat 14:00 tarixdə İsmayıllı şəhər 1 saylı tam orta məktəbində şəhər və şəhərətrafı məktəblər (Quşencə, Qalınçaq, Mücühəftəran kənd tam orta, Göytəpə kənd ümumi orta), 24 dekabr 2016-cı il saat 10:30 tarixində Topçu, İvanovka, Kürdmaşı, Təzəkənd kənd tam orta məktəblərində müvafiq zonanın IX siniflərdə ana dili və riyaziyyat fənlərini tədris edən müəllimlər, direktor və direktor müavinləri ilə maariflndirilmə işləri aparılacaqdır.