14.11.2016

“Müasir cəmiyyət və şəxsiyyətin formalaşdırılması yolları” mövzusunda elmi-nəzəri konfrans

11 noyabr  2016-cı il tarixində Təzəkənd kənd tam orta məktəbində 09 noyabr Dövlət Bayrağı və 12 noyabr Konstitusiya günü münasibəti ilə   " Müasir cəmiyyət və şəxsiyyətin formalaşdırılması yolları " mövzusunda elmi-nəzəri konfrans keçirildi. Konfransda RTŞ-nın Metodik Kabinetinin direktoru Hümbət Əsədov,  metodistlər, ətraf məktəblərin müəllimləri  iştirak edirdilər. Tədbir Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlandı.

Məktəbin direktoru Elxan Bədəlov giriş sözü ilə çıxış edərək Təzəkənd kənd tam orta məktəbin uğurlarından, nailiyyətlərindən,  məktəbin qabaqcıl təcrübəsindən ətraflı məlumat verdi.

 RTŞ-nın metodisti R. Mirzəliyeva "Müasir cəmiyyət və şəxsiyyətin formalaşdırılması yollar" mövzusunda məruzə etdi. Rəna müəllimə məruzəsində müasir cəmiyyətin formalaşdırılmasında məktəbin rolunu xüsusi olaraq qeyd etdi.  Müəllim – şagird - valideyin üçlüyünün şəxsiyyətin yetişdirliməsində rolunun xüsusi vurğuladı.

Təzəkənd kənd tam orta məktəbinin tarix müəllimi Hacalı Səlimov "Şəxsiyyətin formalaşmasında məktəbinin rolu" mövzusunda çıxış edərək şəxsiyyətin formalaşmasında məktəbin rolu haqqında bilik və təcrübələrini tədbir iştirakçılarının nəzərinə çatdırdı.

Təzəkənd kənd tam orta məktəbin GÇQH rəhbəri, Azərbaycan Bayrağı Ordenli, polkovnik-leytenant Eynulla Bağırov "Milli-mənəvi dəyərlərin formalaşmasında hərbi-vətənpərvərlik tərbiyyəsinin rolu" mövzusu çıxış edərək şəxsiyyətin, milli-mənəvi dəyərlərin formalaşmasında hərbi-vətənpərvərlik tərbiyyəsinin rolu haqqında ətraflı məlumat verdi.

Tədbirin nəzəri hissəsindən sonra məktəbin şagirdlərinin ifasında "Mənim Konstitusiyam-həyat qanunum" mövzusunda ədəbi-bədii kompozisiyası izlənildi. Şagirdlərin ifası tədbir iştirakçılarının   alqışları ilə qarşılandı.